Üzeyir Hacıbəyli-Azərbaycan musiqisinin atası

Yaradan Üzeyir Hacıbəylidən heç nə əsirgəməmişdi — fitri istedadı, böyük sənət üçün çırpınan ürəyi də ona verdi, insanlığı, mehribanlığı, həssaslığı, səxavətliliyi də.
Onun həyat və fəaliyyətini, çoxşaxəli yaradıcılığını, ərsəyə gətirdiyi sənət «mirvarilərinin» necə əlçatmaz zirvədə olduğunu göz önünə gətirdikdə istər-istəməz təəccüblənir, Üzeyir Hacıbəylinin parlaq şəxsiyyətinə, əzəmətli yaradıcılığına, sadəcə olaraq, heyran qalırsan. Bəlkə elə buna görədir ki, dahilik hər bir kəsə nəsib olmayan, yüz illər, min illər boyunca bir kəsin daşıdığı ad olur.
Üzeyir bəy həm tariximizdir, həm də bu günümüz. Bu şəxsin yaradıcılığının mahiyyəti Azərbaycan sənətinin, Azərbaycan bədii estetik fikrinin həyatiliyini, min illər ərzində qazandığı gözəllikləri, ictimai-fəlsəfi dərinliyi qoruyub saxlamaq və zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirmək idi. Bütün bunlar Üzeyir Hacıbəylinin yüksək amalından irəli gəlirdi.
Davamı →

Emin Sabitoğlu-kinonun ruhunu duyan bəstəkar

Emin Sabitoğlu 1937-ci il noyabrın 2-də Bakıda anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Moskva Dövlət Konservatoriyasında Yuri Şaporinin bəstəkarlıq sinfində oxuyub (1956-1961). 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb.
Musiqinin bir çox janrında dəyərli əsərlərin müəllifi kimi tanınan Emin Sabitoğlunun kinoda səslənən mahnıları və musiqiləri bu gün də dillər əzbəridir, müğənnilərin fərdi repertuarında geniş yer tutur. O, 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın filmdəki musiqilərin müəllifidir. Emin Sabitoğlunun istər teatr tamaşalarına (“Hicran”, ”Xoşbəxtlər” və s.), istərsə də filmlərə yazdığı musiqiləri bədii əsərlərin təcəssümü olan zamanın ruhunu bizə çox dəqiqliklə hiss etdirə bilir, hadisələrin məğzini açır.
Davamı →

Üzeyir Hacıbəyli

Əslən Şuşadan olan Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlib. Ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir.Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.
Davamı →

Qara Qarayev

Ötən əsrin 70-ci illəri idi. Böyük bəstəkarımız və böyüklüyü ilə də biz o dövr gənclərinin qürur duyduğu Qara Qarayevin şöhrət pillələri ilə ilbəil deyil, günbəgün yüksəldiyi çağlar idi. SSRİ Xalq artisti, Sosialist Əməyi qəhrəmanıydı, o dövrün ən ali ödülü sayılan Lenin mükafatına layiq görülmüşdü. Musiqisinin dahiliyi, möhtəşəmliyi şəksiz idi və bunu öz çıxışlarında D.Şostakoviç, R.Şedrin, A.Xaçaturyan, İ.Stravinski, L.Koqan, L.Mazel, M.Aranovski, T.Xrennikov kimi zamanın böyük musiqiçiləri aşkarda və gizlində etiraf etmişdilər. Sənət kuluarlarında söhbət düşəndə maestro Niyazi, Soltan Hacıbəyov, tələbələri olmuş Arif Məlikov, Aydın Əzimov, Cavanşir Quliyev onun haqqında heyranlıqla danışırdılar. Yaxın dostu, istedadlı riyaziyyatçı alim, akademik Azad Mirzəcanzadə musiqisinin incəlikləri barədə son dərəcə orijinal məqalələr yazmışdı.


Ardı →

Qara Qarayev

Gözü həmişə Bakıda olan bəstəkara  gah Qara Qızıl, cah da Qızıl Qızılov deyərdilər.  
«Məncə Bakı dünyada ən gözəl şəhərdir. Hər gün o, aydın günəşli, yaxud zəif bozumtul-mirvari dumanlı və yağışlı səhərlə oyanarkən oxuyur. O özü bütünlükdə mahnıdır… Belə gözəl şəhəri mənim xalqım əsrlər boyu yaradıb» Qara Qarayev

Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi.  Şərq tərbiyəsi almış Fərəc babanı Qarayev mənəvi-fəlsəfi mövzularda söhbət edən, musiqi və şeri, fars dilini bilən, Nizami Gəncəvini orijinalda oxuyan və muğamat bilicisi kimi xatırlayır.


Ardı →

Üzeyir Hacıbəyov

Üzeyir ƏbdülHüseyn oğlu Hacıbəyov 1885- ci ildə Şuşa yaxınlığında, Ağcabədidə anadan olmuşdur. Atası ədəbiyyat sahəsində, anası isə musiqi sahəsində yüksək mövqe tutmuşlar. Musiqiyə olan həvəsi anasından mənimsəmiş Ü. Hacıbəyov 7 yaşında ikən tarda və kamançada yaxşı çalırdı, muğamat oxuyurdu.
Ü. Hacıbəyov 1897- ci ildə Şuşada olan iki illik rus-tatar məktəbinə daxil olur. Həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1899- cu ildə Qori müəllimlər seminariyasına daxil olur.
Ardı →

Üzeyir Hacıbəyov

Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulmuş, valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır.
Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.
Davamı →